Bakıda maraqlı sevgi etirafını nə cür etmək olar? - MÜZAKİRƏ

3 Sentyabr 2014 14:45
İctimai yerlərdə sevgi etirafları bakılı gənclər arasında son zamanlar dəb olub. Artıq hansısa oğlanın insanlar arasında bir qıza sevgi etirafı ilə heç kimi təəccübləndirmək mümkün deyil.

Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, sosial şəbəkələrdə belə halların mentalitetimizə uyğun olub-olmaması müzakirə olunur. Bəziləri hesab edirlər ki, sevgi etiraf intim məsələdir və başqalarının qulaqları, gözləri üçün deyil. Gənclər arasındakı bu cür münasibətlər Şərqdə qəbul olunmuş etik normalara tamamilə ziddir.

Elələri də var ki, bu cür tendensiya çox xoşlarına gəlir. Onlar düşünürlər ki, bu üsul qızın qəlbinə yol tapmaq, maneələri aşmaq üçün yaxşı üsuldur. Bəs bakılı qızı nə ilə təəccübləndirmək olar?

Bakılı "romeolar" artıq ciddi düşünməlidirlər ki, öz "cülyettalarını" nə ilə təəccübləndirə bilərlər.

Şərhlərinizi gözləyirik.

Milli.Az