Məşhur türk aktyor karyerasını qəflətən bitirdi - FOTO

3 Sentyabr 2014 12:38
"Yemin", "Karadağlar", "Küçük kadınlar", "Sudan bıkmış balıklar", "Saklı kalan" və "Muhteşem yüzyıl" kimi 12 teleserialda çəkilmiş aktyor Burak Sağyaşar karyerasına son qoyub.

Milli.Az HT Magazin-ə istinadən bildirir ki, aktyor "Focus Film" studiyasına baş direktor təyin olunub.

Onun sözlərinə görə, studiya hazırda 5 teleserialın çəkilişi ilə məşğuldur.
 

Aktyorluq karyerasına son qoymağı ilə bağlı qərarına gəldikdə isə, B.Sağyaşar deyib:

"Son serialımda çəkiliş üçün gözləyirdik. Hava tutqundu. "Yağış yağacaq, yoxsa buludlar dağılacaq?!" deyə müzakirələr aparırdıq. Beləcə, 3 saat oturduq. O gün özümə "Mən nə işlə məşğulam?!" dedim. Sonra Timur Savcıdan "Muhteşem yüzyıl"la bağlı təklif aldım. 4 seriyalıq rol olduğu üçün qəbul etdim.
 

Aktyorluğu da elə "Muhteşem yüzyıl"da buraxdım. Prodüser kimi işləməyə qərar verdim. Bundan sonra kameranın önündə yox, arxa tərəfindəyəm".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.