Milli.Az 4charx.com-a istinadən bildirir ki, Volkswagen XL Sport concept sanki göydən düşmüş kimi gözlənilmədən peyda olub. İndiyədək bu unikal idman konsepti haqqında heç nə məlum deyildi.
Unikal Volkswagen XL Sport concept iki silindrli V2 Ducati 1199 Superleggera mühərriki ilə təchiz edilib. Motosikllərdə istifadə edilən bu mühərrik 200 a.g. hasil edə bilir. Avtomobilin sürət göstəriciləri belədir: 0-100 km/saat - 5,7 saniyə; maksimal - 270 km/saat.
Milli.Az
















