Məşhurların lüt foto qalmaqalı araşdırılır - FOTO

2 Sentyabr 2014 18:58

ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) şou-biznes, musiqi və kinematoqrafiya aləmindən olan 100 məşhurun intim fotolarının internetdə yayılması ilə bağlı araşdırmalara başlayıb.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, fotolar məşhurların Apple şirkətinə məxsus iCloud bulud sisteminə hakerlərin hücumu nəticəsində əldə olunub.

Hakerlər fotoları ilk əvvəl 4Chan saytında yayıblar.
 

Apple də olayla bağlı tədqiqata başlayıb.
 

Bu arada aktrisa Meri Elizabet Uinsted ona aid olduğu iddia edilən fotoların illər əvvəl əri ilə birlikdə olarkən evində çəkildiyini bildirib.
 

Lüt fotoları yayılan məşhurlar arasında Cennifer Lourens, Viktoriya Castis, Keyt Apton, Rianna, Kelli BrukMeri Keyt Olsenlə yanaşı, dünyanın ən məşhur futbolçu qadını Hop Solo da var.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.