Mehdini ətir iyinə görə qovdular

2 Sentyabr 2014 12:25

Fransanın 27 yaşlı vətəndaşının dediyinə görə, ABŞ-ın "American Airlines" aviaşirkətinin stüardessaları ona "səndən pis iy gəlir" deyərək təyyarədən qovublar.
 

Milli.Az European-a istinadən billdirir ki, Əlcəzair əsilli Mehdi Əhmədin sözlərinə görə, təyyarədə yerində oturandan az sonra stüardessalar ona yaxınlaşaraq sərnişinlərin şikayətləndiyini söyləyiblər.
 

"Sərnişinlər və təyyarə heyəti sizdən gələn iydən şikayətlənirlər. Siz ABŞ təyyarəsindəsiniz. Bura Amerika ərazisidir və kapitanın sizi qovmağa ixtiyarı var. Bu gün bu reyslə uçmayacaqsınız. Sizdən çox pis iy gəlir. Çimsəniz, yaxşıdır", - stüardessalar deyiblər.
 

Mehdi Əhməd imtina edəndə stüardessalar polis çağırıblar. Hadisə yerinə gəlmiş polislər M.Əhmədin ətrafdakı insanlar üçün təhlükə mənbəyi olmadığını deyərək təyyarəni tərk ediblər.
 

Sonucda Mehdi təyyarəni könüllü tərk edib və məhkəməyə şikayətlənib.
 

"Hava limanındakı dükandan sevdiyim "Dior" ətri alıb vurmuşdum. Burada nə var ki?!" - Mehdi deyib.
 

"American Airlines"ın mətbuat katibi Yan Bredli isə olayın M.Əhmədin vizasında problemlərlə bağlı olduğunu vurğulayıb.
 

Milli.Az