"Qafqazinfo" məlumat verir ki, yeni tədris ilinin başlamsına iki həftə qalır. Yay tətilinin qurtarması valideynlər üçün yeni qayğıların başlancığıdır. Nəzərə alaq ki, bu gün məktəblini təhsil dalınca yollamaq da hünər istəyir. Çünki təkcə bir uşağı məktəbə yola salmaq üçün valideyn əməli-başlı pul xərcləməlidir. Başlayaq, məktəbli geyimindən. Bir neçə ildir, ölkə məktəblisi üçün vahid forma təklif olunur. Açığı bəzi şəhər məktəblərində bu vahid formanın geyinilməsinə ciddi nəzarət var. Bu səbəbdən valideynlər məktəbli formasını almağa məcburdular.Valideyn bir məktəblini yola salmaq üçün təxminən 150 manat xərcləməlidir