Pakistanda kütləvi iğtişaşlar: 93 nəfər xəsarət aldı

31 Avqust 2014 09:25
Pakistanda etirazçılarla polis arasında baş verən toqquşmalarda 1 qadın ölüb, 85 etirazçı və 8 polis əməkdaşı isə xəsarət alıb.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, nümayişçilər Pakistanın Baş naziri Nəvaz Şərifin istefasını tələb ediblər.

Yüzlərlə etirazçı parlamentin hasarını qıraraq binaya soxulub. Digərləri isə Nəvaz Şərifin xüsusi mühafizə zonasında yerləşən iqamətgahına yürüş etməyə cəhd ediblər. Əvvəl etirazlara müdaxilə etməyən polis nəticədə nümayişin dağıdılması üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Milli.Az