Bu da yeni Niva - VİDEO - FOTO

31 Avqust 2014 17:34
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni Chevrolet Niva Concept konseptinin Moskva Beynəlxalq avtosalonunda premyerasından bir gün öncə internetdə onun rəsmi fotoşəkilləri dərc edilib. Bu növbəti layihə deyil, klassik "Niva" (LADA 4x4) yolsuzluq avtomobili bazasında yeni nəsil Niva modelinə ilkin baxışdır. Yeni modelin satışları 2016-cı ilə planlaşdırılıb.

Yeni Niva modelinin xarici görkəmindən danışanda onun tutqun qara rəngini və arxa hissəsinin (şüşəsinin) birinci nəsil Mercedes-Benz ML və ya A-Class modelləri ilə oxşar olduğunu qeyd etmək olar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.