Məşhur aktrisa və Peugeot - VİDEO

31 Avqust 2014 18:44
Düşməndən qaçan Lüsi - Skarlet Yohansson Peugeot 308-in sükanı arxasına oturur və nəfəs kəsən yüksək sürətlə Paris küçələrində şütüyür. Məşhur Rivoli küçəsində Peugeot yola hakim olan yarış qabiliyyətini nümayiş etdirir.

Milli.Az auto.az-a istinadən bildirir ki, "Taksi" (1998) filmindəki baş avtomobil rolu ilə Peugeot-nu milyonlara sevdirən rejissor Lük Besson "Qətl üçün 3 gün" (mart 2014) filminin ardınca bu il yenə də sürət, dinamika və xilas nümunəsi olaraq, Peugeot-nu seçdi. Artıq dünyanın bir sıra ölkələrinin kinoteatrlarına çıxmış "Lüsi" (Lucy) filmi gənc tələbə qızın başına gəlmiş və onu qeyri-adi edən hadisələri əks etdirir.

Filmdə Skarlet Yohanssonla bərabər Morqan Friman da əsas rollardan birini oynayır.

Qeyd edək ki, Peugeot 308 Avropada ən çox satılan kompakt avtomobillərdəndir. Güclü mühərriki, kompakt ölçüsü və yaraşıqlı dizaynı onu şəhərin ideal avtomobilinə çevirib.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.