Azərbaycan kəndində bıçaqlanma

28 Avqust 2014 22:17

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə avqustun 28-də günün ikinci yarısında rayonun Şürük kəndi ərazisində qeydə alınıb. Rayonun Xanbulan kənd sakini, 1993-cü il təvəllüdlü Kamal Calal oğlu Əliyev şəxsi münasibətlər zəminində rayonun Şıxəkəran kənd sakini, 1982-ci il təvəllüdlü Nəvai Nurəddin oğlu Məmmədova bıçaqla bədəninin müxtəlif nahiyələrindən xəsarət yetirib.

Yaralı dərhal təcili yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətmiş K.Əliyev isə könüllü polisə təslim olub. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

Milli.Az