“Eurovision 2011” milli seçim turlarının 5-ci həftəsi başlayır – SIYAHI
11 Dekabr 2010 09:52
Artıq 5 yarımfinalçının adları məlumdur. Bunlar Çingiz Mustafayev, Nurlan Növrəsli, Günay İbrahimli, Nikola Barkley və Arzum Xəlilovadır. Dekabrın 13-ü saat 21.00-dan etibarən mübarizəyə 11 iştirakçıdan ibarət yeni qrup qatılır. "Eurovision 2011" milli seçim turlarının 5-ci həftəsində yarışacaq iştirakçıları aşağıdakılardır:
"Empathy" qrupu
Elmar Əsgərov
Altun Zeynalov
Emin Nəsirli
Canana Zeynalova
Rövşən Civişov
Cəmilə Həşimova
Aynişan Quliyeva
Gülnar Nəbi-Çingiz
Dinara Cəfərova
Orxan İsrafilov.
Qeyd edək ki, milli seçimlərin iştirakçıları həftənin birinci günü dünya estradasından, ikinci gün "Eurovision" müsabiqəsinin hitlərindən, üçüncü gün Azərbaycan xalq mahnılarından nümunələr oxuyur, dördüncü gün özünün məxsusi mahnı və rəqsini nümayiş etdirir. Bundan başqa ifaçılardan əcnəbi dillərdə müsahibələr alınır. Həftənin beşinci günü isə həmin həftə ərzində çıxış edən iştirakçıların ifası qiymətləndirilir. Həftənin qalibi həm sms, həm də peşəkar münsiflər heyətinin rəyi əsasında seçilir. Proses təxminən yeni ilədək yekunlaşacaq. İştirakçılardan yalnız 8 nəfəri müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanacaq. Azərbaycanı "Eurovision" səhnəsində kimin təmsil edəcəyi isə fevralda məlum olacaq.
Milli.Az