Paytaxtda və bir sıra rayonlarda magistral yola yaxın binalarda fasad yenilənir. Heç də ürəkaçan iş deyilmiş. Bunu həmin evlərin sakinləri bilirlər. Bədbəxtlikdən, mənim yaşadığım ev də magistrala yaxındır və şəhərimizə gələn əcnəbilər onu da gözəl görsünlər deyə, 10 gündür dincliyimiz yoxdur. "Xoşbəxtlikdən" ona görə demədim ki, burada özünü xoşbəxt hiss etməli bir şey yoxdur. Adətən təmir işləri ev sahibini yorur, ustanın çıxıb gedəcəyi günü səbirsizliklə gözləyirsiz. İnsan evini təmir etməyə hazırlaşanda özünü bu işə həm maddi, həm də psixoloji baxımdan hazırlayır. Burada isə vəziyyət bizim iradəmizdən kənardır. İş həm də hökumət səviyyəsində və çoxmənzilli evdə gedirsə, onun vaxtına siz nəzarət edə bilmirsiz, əziyyətini isə bölüşürsüz.Bakıda analoqu olmayan təmir işlərinə başlanıb, binaların yalnız magistrala baxan fasadı yenilənir