"Everton"un futbolçusu Samuel Eto'O Kamerun millisindəki karyerasını başa vurub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "Facebook" səhifəsi vasitəsi ilə milllidən getdiyini açıqlayıb:
"Daha milli komandada oynamayacam. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Samuel Eto'O Kamerun millisində indiyə kimi oynadığı 118 matçda 56 qol vurub.
Milli.Az