Türkiyənin 12-ci prezidenti rəsmən vəzifəsinin icrasına başladı - YENİLƏNİB - FOTO

28 Avqust 2014 17:21
17:21

Avqustun 10-da keçirilən prezident seçkilərində Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan bu gün and içərək rəsmən fəaliyyətə başlayıb.

APA-nın xəbərinə görə, andiçmə mərasimi Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.

Andiçmə mərasimində Türkiyə parlamentində təmsil olunan müxalifət partiyalarından CHP təmsil olunmasa da, MHP və BDP-dən olan deputatlar liderləri Dövlət BaxçalıSəlahəddin Dəmirtaşla birlikdə salonda olublar.

Alqışlarla salona daxil olan R.T.Ərdoğan prezident kimi and içib. Daha sonra Türkiyənin İstiqlal Marşı səslənib. Ərdoğan TBMM binasından Mustafa Kamal Atatürkün məzarını ziyarət etməyə yollanıb.

Qeyd edək ki, andiçmə mərasimində bir çox ölkələrin dövlət və hökumət rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətləri də iştirak edib. Azərbaycanı mərasimdə baş nazir Artur Rasizadənin başçılıq etdiyi heyət təmsil edib.


---------
16:41


Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, andiçmə mərasimində bir çox ölkələr dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində təmsil olunublar. Mərasimdə Azərbaycan hökuməti adından Baş nazir Artur Rasi-zadə iştirak edib.

R.T.Ərdoğan Türkiyənin Prezidenti seçilməsi münasibətilə Türkiyə Böyük Millət Məclisində and içib. Andiçmə mərasimindən sonra Türkiyənin dövlət himni səslənib və 101 dəfə yaylım atəşi açılıb.

---------
16:17


Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə məraisimi başlayıb.

Trend-in məlumatına görə, andiçmə mərasimində bir çox ölkələr dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində təmsil olunurlar. Mərasimdə Azərbaycan hökuməti adından Baş nazir Artur Rasi-zadə iştirak edir.
 

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə 51,8 faiz səs çoxluğu ilə Baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb. Türkiyə Prezidenti Abdullah Gülün səlahiyyət müddəti avqustun 28-də bitir.


----------
10:57

Bu gün Türkiyədə yeni seçilmiş prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. Ankarada Çankaya köşkündə yerli vaxtla saat 11:00-da başlayacaq mərasimdə bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə yanaşı, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edəcək.

Anspress-in məlumatına görə, Amerika Birləşmiş Ştatları isə prezident Barak Obamanın təmsilçisi qismində ABŞ-ın Türkiyədəki səfirinin müşaviri Cess Beylini göndərəcəyini açıqlayıb.

Dünən isə Ərdoğan "Ədalət və İnkişaf Partiyası"nın sədri və baş nazir kürsüsünü keçmiş xarici işlər naziri Əhməd Davudoğluya təhvil verib.

2003-cü ildən indiyədək baş nazir postunu tutan Rəcəb Tayyib Ərdoğan bu vaxtadək simvolik məna daşıyan prezidentin səlahiyyətlərini artıracağını bəyan etmişdi. Rəcəb Tayyib Ərdoğan avqustun 10-da keçirilən prezident seçkilərində 52% səslə qalib gəlmişdi.

Milli.Az

----------
17:21


Böyütmək üçün şəkillərə klikləyin.