Haker qrupun növbəti hədəfi: "Paypal" və "Amazon"

10 Dekabr 2010 20:24
Milli.Az xəbər portalı "Amerikanın Səsi"nə istinadən bildirir ki, "Wikileaks" veb səhifəsini dəstələyən hakerlər onlayn mübarizələrini davam etdirərək Paypal və Amazona hücum ediblər.

Onlar bu saytların internetdə informasiya azadlığını qarşı fəaliyyət göstərməkdə ittiham edir. "Anonim" adlı haker qrupu Twitter vebsaytı vasitəsilə tərəfdarlarını Amazonun fəaliyyətində problemlər yaratmağa istiqamətləndirib. Buna baxmayaraq, Amazona qarşı edilən hücum dünən saytın fəaliyyətini dayandıra bilməyib. Daha əvvəl isə başlıca kredit kardları olan Mastercard və Visa "Wikileaks"ə daxil olan ianələri qəbuk etmədiyi üçün onların da veb saytları hücumlara məruz qalmışdı.

Milli.Az