Xaçmazda yanğın başladı

27 Avqust 2014 17:25

Xaçmaz rayonunda yanğın başlayıb

APA-nın verdiyi məlumata görə, rayonun İlxıçı Məmmədxanlı kəndi ərazisində biçilmiş taxıl zəmisi, kol-kos yanır.

Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın geniş əraziyə yayıldığından və yaşayış evlərinə yaxınlaşdığı üçün Quba və Şabran DYMH-nin texnikası və canlı qüvvəsi köməyə çağırılıb.

Güclü külək yanğının qarşısını almağa çətinliklər törədir.

Milli.Az