Tanınmış müğənni Arzu Mələk haqqıda yazılan xəbərlərə aydınlıq gətirib
Müğənni publika.az-a açıqlamasında bildirib ki, yazılanlar əsassızdır:
"Mən Rusiyaya ancaq toya gedə bilərəm. Yazıblar ki, guya məni məhkəməyə veriblər. Araşdırın, görün məni harda məhkəməyə veriblər. Heç bir məhkəmədən söhbət gedə bilməz. Mənim heç kimə bir qəpik də borcum yoxdur".
Sənətçi qızının avtomobilini satmasıyla bağlı yazılanlara da aydınlıq gətirib: "Qızım əvvəl "Kia Sportage" sürürdü. İndi bir az da bahalı maşın - "KİA Sorento" sürür. May ayında dəyişmişik. Yazıblar ki, bu məlumatı mənim yaxınlarım verib. O mənim hansı yaxınımdır? Kişidirsə, çıxsın ortalığa, desin ki, mən demişəm. Gördüyünüz kimi hazırda Bakıdayam, sizinlə danışıram. Evimdən köçməyim haqda yazılanlar doğrudur. Satıb daha bahalısını, böyüyünü almışam. 3-4 ildir almışdım, sadəcə təmir etdirməmişdim.
Qeyd edək ki, azxeber.com saytı Arzu Mələyin külli-miqdarda borcu olduğuna görə Rusiyaya qaçdığını və yaxınları ilə əlaqəsini kəsdiyini yazmışdı.
Milli.Az