"Qazprom Ermənistan": Gürcüstandan qazın tədarükü bərpa olunub

27 Avqust 2014 15:57
Gürcüstandan Ermənistana qazın verilişi bu gün səhər saatlarında bərpa olunub.

Bu barədə Trend "Qazprom Ermənistan" QSC-yə istinadən məlumat verir.

Magistral qaz kəmərində qəza-bərpa işləri ilə əlaqədar olaraq Gürcüstan ərazisi ilə Ermənistana Rusiya qazının verilişi avqustun 27-də saat 05:00-dən müvəqqəti dayandırılmışdı. Gürcüstan Qaz Tranzit Şirkəti Ermənistan tərəfini qazın verilişinin dayandırılması barədə rəsmən məlumatlandırmışdı.

QSC-dən bildiriblər ki, avqustun 27-də, saat 10:45-də qəza-bərpa işləri nəticəsində Şimali Qafqaz-Cənubi Qafqaz magistral qaz kəməri üzrə Ermənistana qazın verilişi bərpa edilib.

Qeyd edək ki, "Qazprom Ermənistan" QSC Ermənistanın daxili bazarı üçün təbii qaz tədarükünü təşkil edir.

Milli.Az