Ukraynada aviaqəzada həlak olan malayziyalıların cəsədləri vətənlərinə aparılır

27 Avqust 2014 15:30

Ukraynada aviaqəzada həlak olan malayziyalıların cəsədləri sentyabrın 2-də Kuala-Lumpura çatdırılacaq

Ukraynada aviaqəzada həlak olan Malayziya vətəndaşlarının cəsədləri sentyabrın 2-də Kuala-Lumpura çatdırılacaq.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Malayziya hökumətinin nümayəndəsi Ui Ka Sionq bildirib ki, cəsədlər Amsterdamdan üçüncü xüsusi təyyarə ilə daşınacaq.

O qeyd edib ki, təyyarədə 7 sərnişin və ekipaj üzvlərinin cəsədləri olacaq.

Milli.Az