Türkiyənin serial ustasına ağır itki

27 Avqust 2014 14:29

Türkiyədə bir sıra populyar teleserialların ssenari müəllifi və baş rol ifaçısı olmuş, hazırda "Yalan dünya" serialında ssenari müəllifi və aktrisa olan Gülse Birselin anası vəfat edib.


Milli.Az AHT-yə istinadən bildirir ki, G.Birselin anası Semiha Şener bu gün İstanbuldakı Levent məscidindəki cənazə namazından sonra Zincirlikuyu məzarlığında dəfn ediləcək.


Milli.Az