Eurovision-un qalibi soyundu - FOTO

27 Avqust 2014 15:03

İsveçin paytaxtı Stokholmda 2013-cü ildə keçirilmiş Eurovision mahnı müsabiqəsinin qalibi, danimarkalı müğənni Emmeli de Forest yeni mahnısına çəkdirdiyi klipində soyunub.
 

Milli.Az bildirir ki, prodüseri Mads Mardstand, rejissoru Mayk Spuner olan "Drunk Tonigtht" ("Bu gecə sərxoş") videoklipindən razı qalan müğənninin sözlərinə görə, əla iş görüb.
 

"Klip çox xoşuma gəldi. Düşünürəm ki, pərəstişkarlarım da bəyənəcəklər", - Emmeli Facebook-dakı səhifəsində yazıb.
 

Milli.Az