Abşeron sakinini silahla yaralayan şəxs tutulub

27 Avqust 2014 13:39
Ov tüfəngindən atəş açaraq vətəndaşa xəsarət yetirmiş Saray qəsəbə sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də ov tüfəngindən atəş açıb Emil Bayramova qol nahiyəsindən xəsarət yetirmiş Saray qəsəbə sakini Əli Əliyev tutulub.

Ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş "TOZ-16" markalı ov tüfəngi götürülüb.

Milli.Az