Ermənistanın məsələsi oktyabrda həll olunacaq

27 Avqust 2014 13:09

Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsi bu ilin oktyabrında həll olunacaq

Trend-in "Mediamaks"a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev Minskdə Gömrük İttifaqı ölkələrinin dövlət başçılarının görüşünün yekunlarına həsr edilmiş brifinqdə bəyan edib.

N.Nazarbayev məlumat verib ki, oktyabrın 10-da Minskdə danışıqlar aparılmasına dair qərar qəbul olunub. Bu danışıqlar çərçivəsində Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması məsələsinin həll edilməsi planlaşdırılır.

Milli.Az