Biliç: "Xəyaldan da o tərəfə keçmək niyyətimiz var"

27 Avqust 2014 13:33
"Beşiktaş" Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması üçün bu gün Londonda "Arsenal"a qarşı mübarizə aparacaq.

Milli.Az goal.com-a istinadən xəbər verir ki, "Qaralar"ın baş məşqçisi Biliç Londona qələbə üçün getdiklərini bildirdi: "Böyük bir matça çıxırıq. İlk oyunda onlara gücümüzü göstərdik. Onlar artıq bizdən çəkinirlər. Bizim bir xəyalımız və xəyaldan da o tərəfə keçmək niyyətimiz var. Çempionlar Liqasında oynayacaq gücümüz yetəri qədər var. Oyunçularıma güvənirəm".

Milli.Az