Azərbaycanlı müğənni: "Həmin toyun kasetini üzə çıxartsınlar, bir milyon pul verirəm"

27 Avqust 2014 10:29
Milli.Az xəbər verir ki, tanınmış müğənni Manaf Ağayev Oğuzda baş verən hadisəylə bağlı publika.az-a açıqlama verib.

Müğənni bildirib ki, belə bir hadisə olmayıb:

"Onu kim yazıbsa, yalan yazıb. İki ildir Oğuzda toyda olmuram. Həmin toyun kasetini üzə çıxartsınlar, bir milyon pul verirəm".

Qeyd edək ki, qafqazinfo saytı Oğuzun Muxas kəndində toy günü bir qızın bacısının yerinə ərə verildiyini yazıb.

Səbəb kimi isə Sevinc adlı qızın toy günü evdən qaçmağı göstərilib. Bu toyu isə Manaf Ağayevin apardığı xəbər verilirdi.

Milli.Az