Arif Quliyev: "Hər səhər evdən çıxanda ondan 50 manat pul alıram"

27 Avqust 2014 10:04
Xəzər telekanalında yayımlanan "5-də 5" verilişinin qonağı xalq artisti Arif Quliyev olub
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, aktyor aparıcının "evdə pul kimdə olmalıdır?" sualını cavablandırıb.

"Bizdə evdə pul xanımda olur. Hər səhər evdən çıxanda ondan 50 manat pul alıram. Onu da yolpulu edirəm. Bəzən artıqlaması ilə pul cibimdə qalır. Üst-üstə toplanır, dostlarımla gedib oturub, yeyib-içirik. Çox vaxtda hesabı elə onlar verirlər. Məncə, evin pulu xanımda olmalıdır. Çünki mən çox bədxərcəm".

"Bəs verilişdən çıxdıqda sizə 10 min manat pul versəm, nə edərsiniz?" sualına xalq artisti belə cavab verib: "Ona əl dəymərəm. O pulu böyüdüyüm uşaq evinə verərdim".

Milli.Az