BMT: Qəzzanın blokadasına son qoyulmalıdır

27 Avqust 2014 12:15
BMT baş katibi Pan Gi Mun Qəzzada uzunmüddətli atəşkəsin razılaşdırılmasını alqışladığını bildirib.

Anspress-in məlumatına görə, baş katib bundan sonra atəşkəs rejiminin istənilən pozuntusunu məsuliyyətsiz addım kimi qiymətləndirdi.

Eləcə də baş katib bildirib ki, İsrail-Fələstin qarşıdurmasının gələcəkdə zorakılıq hallarının yenidən yaşanmaması üçün fundamental səbəblərini araşdırmaq lazımdır. O bildirib ki, İsrailin öz təhlükəsizliyi barədə təşvişləri nəzərə alaraq Qəzzanın blokadasına da birdəfəlik son qoymaq lazımdır.

Qeyd edək ki, daha əvvəl Həmas təşkilatının üzvləri uzunmüddətli atəşkəs imzalanması haqqında xəbər yaymışdılar.

Milli.Az