Putin: "Ukrayna ilə enerji danışıqları bərpa ediləcək"

27 Avqust 2014 11:21

"Rusiya Ukraynadakı vəziyyətlə bağlı heç bir şərt irəli sürməyib"

Rusiya prezidenti Vladimir Putin Minskdə danışıqlar zamanı Ukrayna başçısı Petro Poroşenko ilə Moskva və Kiyev arasında enerji danışıqlarının bərpa edilməsi barədə razılığa gəlndiyini bildirib.

Anspress-in məlumatına görə, Rusiya prezidenti eləcə də bildirib ki, Rusiya Ukraynadakı vəziyyətlə bağlı heç bir şərt irəli sürməyib, heç sürə də bilməz. Onun sözlərinə görə, Minskdə Ukraynada atəşkəs razılaşması ilə əlaqədar danışıqlar aparılmayıb.

Qeyd edək ki, çərşənbə axşamı Rusiya, Belarus, Qazaxıstan, Ukrayna başçıları və Avropa Birliyi nümayəndələri ilə birgə görüş keçirilib.

Belarus paytaxtında Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko arasında ikitərəfli görüş də keçirilib. Görüş iki saata yaxın davam edib.

Milli.Az