Bu adam öləndən sonra dirildi

26 Avqust 2014 22:53

Kəskin ürəktutması keçirmiş şəxsin cəsədi morqa aparılmışdı. Onun ailə üzvləri xristian qaydalarına uyğun olaraq cəsədə kostyum geyindirməyə başlayanda ölü qəflətən qımıldamağa başlayıb.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, olay Braziliyanın Baha ştatının paytaxtı Salvador şəhərindəki "Menandro de Farias" hospitalında yaşanıb.

Həkimlər dalbadal iki infarkt keçirmiş 54 yaşlı Valdelusio de Oliveyra Qonsalvesin öldüyünü düşünmüş və bunu pasiyentin ailə üzvlərinə demişdilər.
 

Qonsalvesin morqda nəfəs almağa başladığını görən ailə üzvləri qaçıb həkimlərə xəbər veriblər.

Braziliyanın Səhiyyə Nazirliyi olayla bağlı araşdırmalara başlayıb.
 

Qonsalvesin bacısı qızı Patrisiya Sintra "Corriero 24 Horas"a verdiyi açıqlamada deyib: "Tabut almışdıq, cənazə üçün pul da dəmişdik. Dayıma 3 ay əvvəl xərçəng diaqnozu qoyulmuşdu. Həkimlərsə onu ölü saydılar".
 

Milli.Az