Bakı-Sumqayıt yolunda böyük tıxac

26 Avqust 2014 22:42

Bakı - Sumqayıt yolunun Şamaxinka adlanan ərazisində uzun tıxac yaranıb.

Milli.Az aktual.az-a istinadən bildirir ki, ərazidə qeydə alınan tıxac təxminən iki saatdır ki, davam edir.

Tıxacın aradan qaldırılması üçün növbə çəkən Yol Patrul Xidmətinin əməkdaşı Bakı - Sumqayıt yolunun bağlı olduğunu və ona görə də alternativ kimi, Biləcəri istiqamətindən hərəkət etmək lazım olduğunu diqqətə çatdırıb.
 

Milli.Az