"Qalatasaray"la Türkiyə Superkubok matçında zədələnən "Fənərbaxça"nın futbolçusu Bruno Alveşin durumunun ciddi olduğu müəyyənləşib.
Milli.Az qol.az-a istinadən bildirir ki, görə, əzələsini dartan portuqaliyalı oyunçunun müalicəsinə başlanıldığı bildirilib. Onun ən az 10 gün yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, B.Alveş 2013-cü ildən "Fənərbaxça"da oynayır.
Milli.Az