Minsk danışıqları başa çatdı

26 Avqust 2014 22:34

Gömrük İttifaqı ölkələrinin liderləri, AB nümayəndələri və Ukrayna prezidenti arasında danışıqlar sona çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, dörd saatadək davam edən danışıqlardan sonra görüş iştirakçıları işçi naharına dəvət olunublar.

Danışıqların yekunlarına dair mətbuat konfransının keçiriləcəyi gözlənilsə də hələlik bu barədə KİV nümayəndələrinə heç bir məlumat verilməyib.
 

Milli.Az