Bakıda qeyb olan 17 yaşlı qızın Facebook statusu: "Bacımı qaçırdılar, mən də..." - FOTO

26 Avqust 2014 17:38

Bir ailənin iki qızı yox olub. Onlardan birindən xəbər çıxdı, digəri isə...

Sabunçu rayonunda yoxa çıxan bacıların biri ər evindən çıxsa da, 22 yaşlı Aytac Mahmudovadan xəbər-ətər yoxdur. Aytac Vaqif qızı Mahmudova iyulun 24-də səhər saat 08 radələrində mağazaya getmək adı ilə evdən çıxıb, o vaxtdan isə onu "gördüm" deyən olmayıb. Səs-sorağı olmayan qızı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi bir aydan artıqdır axtarır. Polisin əlində olan yeganə tutarlı fakt Aytacın şəxsi Facebook profilinə yazdığı son statusdur: "Bacımı qaçırdılar, mən də evi tərk edirəm".

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsindən Milli.Az-a bildirildi ki, A.Mahmudova bir müddət əvvəl şirniyyat sexində işləyib. Sonra işdən çıxan Aytac evdən gedib və polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Bu hadisədən sonra isə Aytacın bacısını qaçırıblar. Bundan sonra isə Aytac anasının Türkiyədə olmasından istifadə edərək evdən gedib.

A.Mahmudovanı görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 425-02-02, 428-02-02 şəhər nömrələrinə zəng edərək xəbər vermələri xahiş olunur.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.