Azərbaycanda daha bir gəlin toy günü qaçdı: onu bacısı əvəzlədi

26 Avqust 2014 17:20

Azərbaycanda daha bir gəlin toy günü qaçıb

"Qafqazinfo" xəbər verir ki, bu dəfə hadisə Oğuzun Muxas kəndində baş verib.

Toy dünən baş tutub.

Maraqlıdır ki, toy günü qızları Sevincin qaçdığını görən ailə onu bacısı ilə əvəzləyib və toy da gəlinin bacısının iştirakı ilə keçirilib.

Əldə etdiyimiz məlumata görə, gəlin nişanlısı Abidi sevmirmiş və bu səbəbdən toy günü sevdiyi şəxslə qaçıb.

Milli.Az