Süleyman Dəmirəl məhkəməyə çağırıldı

26 Avqust 2014 17:33

Sabiq prezident "dövlət çevirilişinə cəhd" işi ilə bağlı məhkəmədə şahid qismində iştirak edəcək

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl məhkəməyə çağırılıb.

Anspress-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır. Xəbərə görə, belə qərarı Ankara 5-ci Ağır Cəza məhkəməsi çıxarıb. Qərarda bildirilir ki, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl "dövlət çevirilişinə cəhd" işi ilə bağlı məhkəmədə şahid qismində iştirak etməlidir.

Qeyd edək ki, 1997-ci ildə Türkiyədə dövlət çevirilişinə cəhd olmuşdu və nəticədə baş nazir Nəcməddin Ərbakan istefa verməyə məcbur olmuşdu. Hazırda dövlət çevirilişinə cəhdlə bağlı 103 nəfər şübhəli bilinir.

Milli.Az