Reanimasiyaya yerləşdirilən xalq artistinin oğlundan xəbər var

26 Avqust 2014 17:22

37 yaşlı Əli İslamzadə reanimasiyadadır

Xalq artisti Nuriyyə Əhmədovanın dünən reanimasiyaya yerləşdirilən oğlunun vəziyyəti ağır olaraq qalır.

Aktrisanın bacısının anspress-ə verdiyi məlumata görə, 37 yaşlı İslamzadə Əli Xanlar oğlunun vəziyyəti çox ağırdır. Onun yaxşılaşması üçün həkimlər əlindən gələn hər şeyi edirlər. Xəstə hazırda sistem altındadır.

Oğlu reanimasiyada olsa da, Nuriyyə xanım xəstəxanadan ayrılmır. Oğlunun vəziyyətinin pisləşməsi aktrisanın özünün də səhhətində problemlər yaradıb.

Xalq artistinin oğlunun ağciyər və ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilir.

Milli.Az