Bakıda sürücü sərnişin avtobusuna hücum çəkdi - VİDEO

27 Avqust 2014 01:00
Bakıda sürücü sərnişin avtobusuna hücum edib. Yasamal rayonu ərazisində gecə vaxtı 77 saylı avtiobusda "Opel" markalı maçşının sürücüsü ilə mübahisə yaranıb. Avtobus sürücüsünün "Opel"in sahibinə "heyvan" deməsi onu qəzəbləndirib. O, maşından düşərək avtobusa hücum edib. Sərnişinlərin köməkliyi ilə sürücülərin davasının qarşısı alınıb.

Yasamal Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, belə bir hadisə barədə məlumat daxil olmayıb.

Gülər
Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.




Video: Ceyhun Ələkbərov