Aşıq Telli: "Pullu kişi ilə sevgili olmaq istəmirəm, çünki..."

26 Avqust 2014 15:47

Xəzər telekanalında yayımlanan "Hər şey daxil" verilişinin qonağı Telli Borçalı olub

Milli.Az gecce.az-a istinadən xəbər verir ki,aşıq Telli aparıcının, "bir vaxtlar açıqlama etdiniz ki, tezliklə ailə həyatı quracam, amma qurmadız" sözlərinə belə cavab verib :


"Xahiş edirəm, bu barədə danışmayaq. Hər verilişdə bununla bağlı açıqlama verirəm. Söz verirəm, gedəcəm. İnsanı gərək başa düşən biri olsun. O olmasa, ailə qurmağa razı olmaram. Çox varlı insandan mənə elçi düşüb, amma getməmişəm. Pullu kişi ilə sevgili olmaq istəmirəm, çünki sənətimi davam etdirməyə icazə verməyəcək. Çünki istəmirəm kimsə sənətimi əlimdən alsın. Buna görə ailə qurmaq istəmirəm".

Milli.Az