"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti La Liqanın ilk turunda qalib gəldikləri "Kordoba" ilə oyun haqda danışıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "AS" qəzetinə açıqlamasında Kriştinu Ronaldu və komandasının optimal formada olmadığını bildirib:
"Oyuna yaxşı nəzarət etdik. Mövsümə qələbə ilə başlamaq önəmlidir. Bəli, yüksək səviyyədə oynaya bilmədik. Görüləsi işlərimiz çoxdur. Topa nəzarəti yaxşılaşdırmalı və sürəti artırmalıyıq. Oyun ərzində intensivliyi saxlaya bilməməyimiz normaldır. Ronalduya gəlincə düşünürəm ki, o, hələ optimal formada deyil. Eyni sözləri bütün komandaya da şamil etmək olar. Qarşıdakı turlarda hər şeyin yoluna düşəcəyinə inanıram".
Qeyd edək ki, "Real" - "Kordoba" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Milli.Az