Arpaçay qadını apardı
26 Avqust 2014 15:01
Naxçıvanın Şərur rayonunda bədbəxt hadisə baş verib. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Dizə kənd sakini Kəmalə Əyyubzadə ehtiyatsızlığı nəticəsində Arpaçay çayına yıxılıb.
Hadisə nəticəsində Kəmalə Əyyubzadə suda boğulub. Onun meyiti sudan çıxarılıb.
İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az