"Divara qarşı yox, bir komandaya qarşı oynadıq"

26 Avqust 2014 15:13

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının ilk turunda bərabərə qaldıqları "Rayo Valekano" ilə oyun haqda fikirlərini bölüşüb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İspaniya mətbuatına danışan argentinalı mütəxəssis ilk hissədə komandasının, fasilədən sonra rəqibin yaxşı oynadığını bildirib.
 

Superkubok matçındakı cəza səbəbindən oyunu tribunadan izləyən Simeone bu amilin komandasının oyununa təsir etmədiyini deyib: "Texniki zonada olmağımın işləri daha yaxşı hala gətirəcəyini düşünmürəm. İlk hissədə yaxşı oynadıq, 3 qol epizodu yaratdıq. Dinamik oyun sərgiləsək də, qol vura bilmədik. İkinci hissədə isə rəqib daha yaxşı idi. Divara qarşı yox, bir komandaya qarşı oynadıq".
 

Qeyd edək ki, "Rayo Valekano" - "Atletiko" matçı 0:0 hesabı ilə başa çatıb.

Milli.Az