Kanal S-dən yeni möhtəşəm layihə - VİDEO

26 Avqust 2014 14:44
Hər mövsum tamaşaçılarını fərqli layihələrlə sevindirən "Kanal S" bu dəfə də ənənəsini davam etdirəcək. Milli.Az bildirir ki, yeni mövsumdən "Kanal S"lə yanaşı, "Region TV"nin də efiri vasitəsilə yayımlanacaq "Ferma" reailiti-şousu tamaşaçıları sözün əsl mənasında təəccübləndirməyi bacaracaq.

Hazırda layihənin yaradıcı heyəti çəkiliş məkanında hazırlıq işlərini davam etdirir. İşlər 4 gündür ki, başlayıb. Burada açıq hava şəraitində tam kənd ab-havası yaradılacaq. Reailiti-şounun 12 iştirakçısının 24 saat ərzində qalmaları üçün bütün lazımi infrastruktur yaradılır. Layihənin hazırlıq işləri  paytaxtdan dəvət olunmuş peşəkar yaradıcı komanda tərəfindən aparılır. Yaradıcı qrup işlərin vaxtında başa çatdırılması və şounun baxımlı olması üçün əlindən gələni edir.

Qeyd edək ki, "Ferma" reailiti-şousu 2 ay müddətində davam edəcək. Şouda bir çox tanınmış simaların yarışacağı gözlənilir. Layihənin davamlı aparılması nəzərdə tutulub.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.