Şahin Mustafayev Qəbələdə vətəndaşların qəbulu vaxtını dəyişdirdi

26 Avqust 2014 14:41
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev tərəfindən avqustun 29-da Qəbələdə keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Milli.Az