Məhbusdan QİÇS xəstəsinə: "Mənə ərə gələrsən?" - FOTO

26 Avqust 2014 22:26

Türkiyənin İzmir şəhərində qaçırıldığı kişi tərəfindən təcavüzə məruz qalandan sonra QİÇS/HİV virusuna yoluxan və maddi durumu çox pis olduğu üçün oteldə yaşyan 36 yaşlı qadına həbsxanadakı qoca kişi evlənməyi təklif edib.
 

Milli.Az İHA-ya istinadən bildirir ki, 36 yaşlı A.C. QİÇS xəstəsi olduğunu təcavüzə uğramasından 6 il sonra öyrənib. O vaxtdan bəri evdən qovulub, otellərdə süpürgəçilik edir, elə otellərin zirzəmi qatında da yaşayır.
 

QİÇS xəstəsi olduğundan həftədə 3 gün dializə getməsi gərəkən A.C. heç bir yerdə sürəkli işləmək imkanında olmadığını deyir.

İzmir şəhər həbsxanasında cəza çəkən sabiq müəllim, 64 yaşlı Ali Vural Özcan bu qadına evlənməyi təklif edib.
 

"Sizin təcavüzə uğradığınızı və o adamın sizi QİÇS-ə yoluxdurduğunu qəzetlərdən oxudum. Məqsədim sizə dəstək verməkdir. Cəzam ağır, azadlığa çıxmaq şansı azdır. Yaşım da çoxdur, amma təqaüdümü ala bilmirəm. Mənimlə nikaha razılaşsanız, təqaüdümü, evimi, maşınımı sizə verərəm. Xəstəxana, dərman xərclərinə də yardımçı olacağımı düşünürəm. Evlənsək, yalnız ayda bir dəfə görüşmək, bir də bazar günləri telefonla danışmaq imkanımız ola bilər. Sadəcə, bu qədər", - məktubda yazılıb.
 

A.Ç. isə deyir ki, məktubu alanda bu şəxsin ona maddi yardım etmək istədiyini düşünüb.
 

Amma...
 

"Evlənmə təklifini oxuyanda çox təəcbləndim. Allah ondan razı olsun. Ona baş çəkmək istəyirəm. Xəstəliyimi kimsəyə yoluxdurmaq istəmirəm, amma onu anlayıram. Təklifini qəbul edə bilərəm. İzn versələr, ona təşəkkür etmək üçün yanına getmək istəyirəm", - A.Ç. söyləyib.
 

A.Ç. ona maddi yardım edən hər kəsə minnətdarlıq edib: "Dövlətdən yardım gözlərkən vətəndaşlar mənə kömək etdilər. Sayələrində ikinci paltarım var. İndiyədək bir paltarım vardı, yuyur, səhərədək qurudur, sonra geyinirdim. İndi ikinci donum var. Həyatım dəyişib".
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin