WhatsApp yeni rekorda hazırlaşır

26 Avqust 2014 22:13
Layihənin təsisçisi və baş direktoru Yan Koum deyib ki, bu yaxınlarda "Facebook" sosial şəbəkəsinə məxsus populyar "WhatsApp" məşhur messencerinin aylıq aktiv auditoriyası 600 milyonu ötüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "WhatsApp" internet üzərindən mətn mesajları və şəkilləri ötürməyə imkan verir. İstifadəçi yalnız operatorun tarifi üzrə trafik üçün ödəniş edir. "WeChat", "Viber" və "Tango" kimi tətbiqlər sözügedən xidmətin rəqibləridirlər.

Yazda bildirilmişdi ki, "Whatsapp" istifadəçiləri gündəlik təxminən 64 milyard mesaj göndərirlər ki, onun da 44 milyardı göndərilən, 20 milyardı qəbul olunan mesajlardır.

Xatırladaq ki, "Facebook" şirkəti "WhatsApp"ı 19 milyard dollara satın alıb.

Milli.Az