38 dollarlıq Firefox smartfonu satılır

26 Avqust 2014 19:57
Hindistanda Firefox OS əməliyyat sistemi ilə işləyən ucuz smartfonun satışlarına başlanılıb. Spice Fire One Mi-FX 1 modeli 320×480 nöqtə təsvir ölçülü 3,5 düymlük ekran, 1 QHs takt tezlikli prosessor, 2 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kameralar, Wi-Fi modulu ilə təchiz olunub və iki SİM kart dəstəyinə malikdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, əməli yaddaşın həcmi haqqında informasiya yoxdur, ehtimal ki 512 MB-dır. Aparat yüksəksürətli məlumatların ötürülməsi modulları ilə təchiz edilməyib.

Aparatın qiyməti təxminən 38 dollar təşkil edir.

Milli.Az