Əlbəttə ki, 290 a.g. verən 3,8 litrlik V6-nı zəif adlandırmaq olmaz, lakin təmsilçi sedanların arasında bu o qədər də çox deyil. Nəhayət koreyalılar "Kvorisin" kapotunun altına daha maraqlı bir şey yerləşdirdilər.
Milli.Az auto.az-a istinadən bildirir ki, Lambda ailəsinin 3.8 GDI yeni mühərriki təkcə daha güclü deyil, həm də əvvəlki 3.8 MPI-dan daha effektlidir. Yəni faydalı iş əmsalı artıb, lakin yanacaq sərfi dəyişilməyib. Təzə aqreqat 334 a.g. verir, maksimal fırlanma anı isə 359-dan 403 Nm-dək artıb. Bu nə verir? 100 km/saata sürətlənmə vaxtı yarım saniyə azalıb - 7,3-dən 6,8-dək.
Bununla belə, istehsalçının verdiyi məlumata görə, birləşdirilmiş tsikldə avtomobil 100 km-ə 10,3 litr yanacaq sərf edir. Buna necə nail olundu? Yanma kameralarına forsunka ilə yüksək təzyiqlə (150 bar-dək) bilavasitə yanacaq yeridilməsi silindrlərin və hava-yanacaq qatışığının dolmasını optimallaşdırmağa kömək edir.
Qazpaylaşdırma fazalarının tənzimlənmə sistemi qəbul və buraxılış traktında (Dual CVVT) klapanların işinə nəzarət edir və mühərrikə olan yüklənmədən və iş rejimindən asılı olaraq onların açılıb bağlanma zamanını dəyişir. Bundan başqa, sürtünməyə olan itkini azaltmaq üçün bir sıra tədbirlər görülüb.
Milli.Az