Təkrarsız Porsche Macan Ursa göstəriləcək - FOTO

26 Avqust 2014 22:36
Gələn həftə beynəlxalq Moskva avtosalonunda Rusiya tüninq emalatxanası TopCar rəsmi olaraq Porsche Macan krossoveri üçün tüninq proqramı təqdim edəcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, rusiyalı tünerlər lüks klass idman yolsuzluq avtomobili üçün yeni bodi-kit, iri təkərlər və interyer üçün daha dəbdəbəli tərtibat hazırlayıblar. Model Ursa adlandırılıb və kosmetik dəyişikliklərlə yanaşı texniki modernizasiyaya da məruz qalıb. Bütün bunlar tüninqdən çıxmış avtomobili standart versiyadan xeyli üstün göstərir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.