Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan "Partizan" sabah Bakıya gələcək.
Milli.Az xəbər verir ki, "Neftçi"nin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə qol.az-a bildirib ki, Serbiya təmsilçisini Bakıya gətirən təyyarə saat 15:40-da Heydər Əliyev beynəlxalq hava limanına eniş edəcək.
Sabah saat 21:00-da "Partizan"ın Respublika stadionunda məşqi olacaq.
Hər iki komandanın baş məşqçilərinin iştirakı ilə keçiriləcək mətbuat konfransının vaxtı da müəyyənləşib. Saat 20:00-da "Neftçi"nin, 20:30-da "Partizan"ın baş məşqçisi jurnalistlər önünə çıxacaqlar.
Milli.Az