Əvvəllər beynəlxalq "Əl Qaidə" terror təşkilatının bölməsi olan "Boko Haram" terror qruplaşması artıq "İraq və Şam İslam Dövləti"nə (İŞİD) qoşulub.
Milli.Az AFP-yə istinadən bildirir ki, "Boko Haram"ın lideri Abubakar Şekau Nigeriya ərazisində "xilafət" elan edib.
"Biz artıq İslam Xilafətinin bir parçasıyıq. Nigeriya adlı dövləti də tanımırıq", - Şekau deyib.
Milli.Az